Ermənistanda koronavirusun 419 yeni halı aşkar edildi, 25 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 419 yeni halı aşkar edildi, 25 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 419 yeni halı aşkar edildi, 963 müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 25 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 340 396 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 7 669 insan vəfat edib, 320 439 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 11 405 pasiyent müalicəsini davam etdirir.