Ermənistanda koronavirusun 399 yeni halı aşkar edildi, 635 pasiyent sağaldı
Ermənistanda koronavirusun 399 yeni halı aşkar edildi, 635 pasiyent sağaldı

Ermənistanda son 24 saat ərzində koronavirusun 399 yeni halı aşkar edildi, 635 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 16 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 217 407 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 165 insan vəfat edib, 201 107 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 11 106 pasiyent müalicəsini davam etdirir.