Ermənistanda koronavirusun 337 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 337 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 337 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan dörd pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 175 016 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 054  insan vəfat edib, 164 954 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 6 008 pasiyent müalicəsini davam etdirir.