Ermənistanda koronavirusun 280 yeni halı aşkar edildi, 99 pasiyent müalicə olunaraq sağaldı
Ermənistanda koronavirusun 280 yeni halı aşkar edildi, 99 pasiyent müalicə olunaraq sağaldı

Ermənistanda son 24 saat ərzində koronavirusun 280 yeni halı aşkar edildi, 99 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan vəfat edən olmayıb.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun  229 370 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 579 insan vəfat edib, 219 379 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 4 278 pasiyent müalicəsini davam etdirir.