Ermənistanda koronavirusun 264 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 264 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 264 yeni halı aşkar edildi, 199 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan dörd pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 229 867 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 608 insan vəfat edib, 219 701 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 4 437 pasiyent müalicəsini davam etdirir.