Ermənistanda koronavirusun 229 yeni halı aşkar edildi, 122 pasiyent müalicə olunaraq sağaldı
Ermənistanda koronavirusun 229 yeni halı aşkar edildi, 122 pasiyent müalicə olunaraq sağaldı

Ermənistanda son 24 saat ərzində koronavirusun 229 yeni halı aşkar edildi, 122 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan beş pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 230 339 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 619 insan vəfat edib, 219 986 pasiyent müalicə olunaraq sağalıb.