Ermənistanda koronavirusun 218 yeni halı qeydə alındı
Ermənistanda koronavirusun 218 yeni halı qeydə alındı

Son 24 saat ərzində Ermənistanda koronavirusun 218 yeni halı qeydə alındı.

Bu barədə məlumat Ermənistanın Xəstəliklər nəzarəti və prevensiyası mərkəzi tərəfindən yayıldı.

Ümumilikdə, epidemiyanın başladığı gündən bugünə qədər, Ermənistanda covid-19-un 5 041 halı qeydə alınıb.

Müalicəyə 2 788 nəfər davam edir. Onların arasında, 70 nəfər xəstəxanadan çıxmaq üzərədir.

Son 24 saatda, virusdan yenə 3 pasiyent həlak oldu. Ümumilikdə, Ermənistanda koronavirusdan 64 nəfər həlak olub.