Ermənistanda koronavirusun 182 yeni halı aşkar edildi, 142 pasiyent müalicə olunaraq sağaldı
Ermənistanda koronavirusun 182 yeni halı aşkar edildi, 142 pasiyent müalicə olunaraq sağaldı

Ermənistanda son 24 saat ərzində koronavirusun 182 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan on pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 175 198 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 064  insan vəfat edib, 165 096 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 6 038 pasiyent müalicəsini davam etdirir.

Şərh yaz