Ermənistanda koronavirusun 181 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 181 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 181 yeni halı aşkar edildi.

Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinad edərək yayır.

5 oktyabr göstəricilərilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 52 677 halı qeydə alındı. Buradan 44 710 pasiyent artıq sağalıb. Virus nəticəsində ölkədə 1 608 insan vəfat edib.