Ermənistanda koronavirusun 168 yeni halı aşkar edildi, beş pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 168 yeni halı aşkar edildi, beş pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 168 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan beş pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 170 402 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 3 164 insan vəfat edib, 161 994 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 4 4433 pasiyent müalicəsini davam etdirir.