Ermənistanda koronavirusun 166 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 166 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 221 yeni halı aşkar edildi, 104 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan üç pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 228 798 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 587 insan vəfat edib, 219 062 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 4 034  pasiyent müalicəsini davam etdirir.

Şərh yaz