Ermənistanda koronavirusun 1 667 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 1 667 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 1 667 təsdiq olunmuş yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 40 pasiyent vəfat etdi.

20 noyabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 123 646 halı qeydə alınıb. Virus nəticəsində ölkədə 2 366 insan vəfat edib, 90 754 pasiyent müalicə olunaraq sağalıb.

Ermənistanda 2021-ci ilə qədər kimi karantin elan edilib.