Ermənistanda koronavirusun 1 193 yeni halı aşkar edildi, 41 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 1 193 yeni halı aşkar edildi, 41 pasiyent vəfat etdi

Ermənistanda koronavirusun 1 193 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 41 pasiyent vəfat etdi.

21 noyabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 124 839 halı qeydə alınıb. Virus nəticəsində ölkədə 2 429 insan vəfat edib, 92 829 pasiyent müalicə olunaraq sağalıb.

Ermənistanda 2021-ci ilə qədər kimi karantin elan edilib.