Ermənistanda fermerlər etiraz aksiyasını keçirirlər
Ermənistanda fermerlər etiraz aksiyasını keçirirlər

Ermənistanda fermerlər etiraz aksiyasını keçirirlər. Onlar tərəfdarlarını mərkəzi maqistralın bağlanılmasına doğru çağırırlar.

“Nyusarmenia” agentliyinin yazdığına görə, artıq bir neçə yolda nəqliyyatın hərəkəti bağlanıbdır.

Aksiya iştirakçıları Yerevanda, Hökumət Evi qarşısında toplaşdılar. Onlar yeni tənzimləməyə etiraz edirlər. Yeni qayda, mal-qaranın yalnız xüsusi yerdə kəsilməsini nəzərdə tutur.

Nümayişçilər bəyan edirlər ki, etiraz aksiyaları tənzimləmənin ləğv olunmasına qədər davam edəcək.