Ermənistanda 860 koronavirusa yoluxma halı aşkarlanıb, 23 xəstə vəfat edib
Ermənistanda 860 koronavirusa yoluxma halı aşkarlanıb, 23 xəstə vəfat edib

Ermənistanda son 24 saat ərzində 860 koronavirusa yoluxma faktı aşkarlanıb, 939 xəstə sağalıb. Eyni zamanda, son sutka ərzində ölkədə Covid-19-dan 23 xəstə dünyasını dəyişib, daha 5 xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib. Bu barədə məlumatı Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.

Ermənistanda son sutka ərzində 8313 koronavirus testi aparılıb. Noyabrın 24-nə pandemiya başlayandan ölkədə 335 738 koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 309 861 nəfər sağalıb.

Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda rəsmi məlumatlara görə, ümumilikdə 7379 nəfər koronavirusdan vəfat edib. 1410 yoluxmuş insanın ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.