Ermənistan və Azərbaycan Müdafiə idarələri sərhəddə atəş barəsində bəyan edirlər
Ermənistan və Azərbaycan Müdafiə idarələri sərhəddə atəş barəsində bəyan edirlər

Ermənistan və Azərbaycan sərhəddə atəş barəsində bəyan edirlər.

Azərbaycan Müdafiə Nazirliyində bəyan etdiklərinə görə, Kəlbəcər rayonunda Azərbaycan ordusu mövqelərinə intensiv atəş açıldı, nəticədə iki hərbçi xəsarət aldı.

“Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliti vəziyyətin gərginləşməsində məsuliyyəti Azərbaycan hərbi-siyasi rəhbərliyinə atır. Ermənistan müdafiə idarəsinin bəyanatına görə, 28 iyulda, şəhər Azərbaycan silahlı qüvvələri Ermənistan mövqelərinə hücuma cəhd etdilər. Erməni tərəfinin məlumatına görə, toqquşmalar bir neçə saat davam edirdi. Ermənistan Müdafiə Nazirliyində bəyan edirlər ki, hər iki tərəfdən itki var.