Ermənistan və Azərbaycan Dağlıq Qarabağ zonasında yaranan vəziyyət barəsində məlumat yayır
Ermənistan və Azərbaycan Dağlıq Qarabağ zonasında yaranan vəziyyət barəsində məlumat yayır

Tanınmamış Dağlıq Qarabağın de-fakto hakimiyyəti bəyan edir ki, ötən gecə ərzində Azərbaycan Silahlı Qüvvələri yaşayış məntəqələri istiqamətinə hücümları davam etdirir.

Erməni mediasının məlumatına görə, Martun və Askeran kəndləri istiqamətinə artileriya atəşini açdılar. Erməni tərəfinin bəyanatına görə, yaşayış məntəqələrinə zərbə endirildi.

Dağlıq Qarabağ münaqişə zonasında yaranan vəziyyət barəsində məlumatı Azərbaycan tərəfi də yayır.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, cəbhə xəttinin müxtəlif istiqamətləri üzrə əməliyyatlar gecə ərzində müxtəlif intensivliklə davam etdirilirdi.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəf Azərbaycan ordusunun mövqelərinə atəş açdı. Rəsmi Bakının yaydığı bəyanata əsasən, Azərbaycan qüvvələri nəzarətə tabe olan əraziləri genişləndirdilər.