Ermənistan parlamentində baş nazirliyə namizəd olan Serj Sarkisyanı dinləyirlər
Ermənistan parlamentində baş nazirliyə namizəd olan Serj Sarkisyanı dinləyirlər

Sabiq Ermənistan prezidenti Serj Sarkisyan parlamentdə deputatların suallarına cavab verir.

Qanunvericilər bugün onun namizədliyini baş nazir vəzifəsi üçün səs verməyə çıxardacaqlar.

105 üzvdən ibarət olan qanunvericilik orqanında iclasda 90 deputat iştirak edir.

Ermənistanın Respublikaçılar fraksiyasının katibi Vaqram Bağdasaryan parlamentdə Serj Sarkisyanın namizədliyini təqdim edərkən qeyd etdi ki, Sarkisyan dövlət idarəçiliyində böyük təcrübəyə sahibdir.

Onun dediyinə görə, Serj Sarkisyan beynəlxalq arenada hörmət edilən bir adamdır.

“Ölkəyə elə bir lider lazımdır hansı ki, öz fəaliyyəti ilə və yaşadığı həyatla təsdiq edib ki, müstəqilliyin və təhlükəsizliyin qarantıdır” – dedi Bağdasaryan.

Baş nazirliyə namizəd olan Serj Sarkisyanın dinlənməsi müxalifət partiyasının etiraz aksiyası fonunda davam edir.