Ermənistan parlamentində baş nazirin seçilməsi ilə paralel olaraq, Erevanın mərkəzində etiraz aksiyası keçirilir
Ermənistan parlamentində baş nazirin seçilməsi ilə paralel olaraq, Erevanın mərkəzində etiraz aksiyası keçirilir

Ermənistan parlamentində baş nazirin seçilməsi ilə paralel olaraq, Erevanın mərkəzində etiraz aksiyası keçirilir.

Müxalifət fraksiyası “Yelk”-in lideri Nikol Paşinyan tərfədarları ilə bərabər, etiraz yürüyüşü və aksiyalar keçirir.

Bugün müxalifət tərəfdarları parlament binasının yanında böyük aksiya planlaşdırıblar.

Aksiya iştirakçılarının məqsədi, eks-prezident və baş nazirliyə namizəd olan Serj Sarkisyanı Ermənistan parlamentinə qoymamaqdır.

Dünənki aksiyada polis və aksiya iştirakçıları arasında münaqişə baş verdi və ən azı iki demonstrant yaralandı.

“Yelk” partiyasının lideri Nikol Paşinyanın tərəfdarlarının etiraz aksiyaları Erevanda aprelin 13-də başladı.

Vətəndaşlar baş nazir vəzifəsinə Serj Sarkisyanın adlandırılmasını etiraz edirlər.

Ermənistan prezident respublikasından, parlament respublikasına keçmə prosesini həyata keçirir.

Keçən həftə isə, yeni prezident Amen Sarqisyan öz vəzifələrini icra etməyə başladı və qanuna əsasən, parlamenti azad etdi.