Ermənistan Azərbaycan ordusunu mülki məntəqələrin bombalanmasında günahlandırır
Ermənistan Azərbaycan ordusunu mülki məntəqələrin bombalanmasında günahlandırır

Erməni tərəfi Azərbaycan ordusunu mülki məntəqələrin bombalanmasında günahlandırır.

Erməni mediasının məlumatına görə, Azərbaycan tərəfi atəşkəs rzılaşmasını pozdu və Martun şəhərinə qarşı hərbi aviasiyadan istifadə etdi.

Ermənistan Müdafiə Nazirliyində bəyan edirlər ki, ölkə ordusu hamanitar razılaşmanı müdafiə edir və razılaşmanın pozulması barəsində Azərbaycanın ittihamları təxribatdır.

Atəşkəs razılaşmanın pozulması barəsində Ermənistanın baş naziri, Nikol Paşinyan da bəyan etdi. Onun dediyinə görə, yerli təxribatlara baxmayaraq, atəşkəs rejimi ümumilikdə müdafiə olunub.