Ermənistan prezidenti - Qarabağ müharibəsinin başa çatmasını mətbuatdan bildim
Ermənistan prezidenti - Qarabağ müharibəsinin başa çatmasını mətbuatdan bildim

Ermənistan prezidenti, Armen Sarqsyan bəyan edir ki, Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandrılması barəsində imzalanmış razılaşma barəsində mətbuatdan eşitdi.

“Mətbuatdan oxudum ki, Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağda müharibənin başa çatması barəsində razılaşma imzalanıb. Razılaşmanın şərtlərini də həmçinin mətbutadan eşitdim. Təəssüflər olsun ki, mənimlə, bir ölkə prezidenti kimi, məsləhətləşmə olmayıb”, – Armen Sarqsyan bəyan etdi.

Ermənistanın baş naziri, Nikol Paşinyan gecə bəyan etdi ki, Rusiya və Azərbaycan prezidenti ilə Dağlıq Qarabağda döyüş əməliyyatlarını dayandırmağı nəzərdə tutan razılaşmanı imzaladı. Ermənistanın baş nazirinin bəyanatı Yerevanda etirazla nəticələndi. Yüzlərcə insan Yerevanda, Respublika Meydanına toplaşdı. Nümayişçilərin bir hissəsi hökumət evinə soxuldu. Aksiya iştirakçilarının bir hissəsi Ermənistan Parlamentinin sədrini fiziki təhqir etdi. Ermənistan baş naziri, az sonra yaydığı müraciətində qeyd etdi ki, başqa yolu yoxuydu.

Razılaşmadan sonra Bakıda bayram etdilər. Azərbaycan prezidenti, İlham Əliyev də bəyanat yaydı – “Qarabağ münaqişəsinin tənzimləmə işinə nöqtə qoyulub”. Əliyevin açıqlamasına görə, razılaşmanın maddələrindən biri Dağlıq Qarabağda Rusiya və Türkiyənin birgə sülh missiyasını təşkil edir.

Artıq üçtərəfli razılaşmanın mətni də açıqlandı. Doqquz maddəli razılaşmanın maddələrindən biri, Qarabağda 2 000-ə qədər rus hərbçisinin yerləşdirilməsini nəzərdə tutur.