Erməni mediası Gürcüstanda narkocinayət ittihamı ilə Ermənistan vətəndaşlarının yaxalanması barəsində yazır
Erməni mediası Gürcüstanda narkocinayət ittihamı ilə Ermənistan vətəndaşlarının yaxalanması barəsində yazır

Erməni mediası yazır ki, gürcü hüququmühafizəçiləri “Zemo Larsi” nəzarət buraxılış məntəqəsində Ermənistanın üç vətəndaşını yaxaladılar.

Məlumatı erməni mediası Gürcüstanda Ermənistanın Səfirliyinə istinad edərək yayır. Medianın məlumatına görə, ilkin araşdırma çərçivəsində avtobusun bütün sərnişinin dindirilməsi həyata keçirilir. Avtobusu Ermənistan vətəndaşı idarə edirdi. Fakt üzrə cinayət işi qaldırılıb.