Erdoğan - Ümid edirəm ki, ABŞ və Türkiyə əməkdaşlığa davam edəcəklər və terorizmə qarşı birlikdə mübarizə aparacaqlar
Erdoğan - Ümid edirəm ki, ABŞ və Türkiyə əməkdaşlığa davam edəcəklər və terorizmə qarşı birlikdə mübarizə aparacaqlar

Amerikalı pastorun azad edilməsindən sonra, Rəcəp Tayyip Erdoğan Donald Trampa müraciət etdi.

Rəcəp Tayyip Erdoğan “Tvitter” vasitəsi ilə yenə bir dəfə bəyan etdi ki, İzmir məhkəsi müvafiq qərarı müstəqil şəkildə verdi.

“Prezident Tramp, hər zaman olduğu kimi, indidə qeyd edirəm ki, Türkiyə Məhkəməsi qərarını müstəqil şəkildə verdi. Ümid edirəm ki, Amerika Birləşmiş Ştatları və Türkiyə əməkdaşlığa davam edəcəklər və terorizmə qarşı birlikdə mübarizə aparacaqlar. İlk növbədə isə, Gülen təşkilatına, “Kürdistanın fəhlələr partiyasına” və “İslam Dövlətinə” qarşı” – yazıb Erdoğan öz Twitter səhifəsində.

Oktyabrın 12-də İzmir məhkəməsi iki illik həbsdən sonra amerikalı pastor Endryu Brensonu azad etdi.

Endryu Brensonun azad edilmə məsələsi iki ölkə arasında, son bir neçə ay ərzində, diplomatik əlaqələrin çətinləşməsinə səbəb oldu.

Gərginlik fonunda ABŞ bir neçə türk diplomatını qara siyahıya atdı və Türkiyədən dəmir və alyumin ixracına  yüksək tariflər qoydu.

Amerikalı pastorun azad edilməsinin əvəzinə, rəsmi Ankara ABŞ-da yaşayan Fethullah Gülenin Türkiyəyə ekstradisiyasını tələb edirdi.

Onu Türkiyədə hərbi çevriliş cəhdində iştirak etməklə ittiham edirdilər.