Erdoğan - Cemal Kaşıkçının qətlini Səudi Ərəbistan rəsmiləri planlaşdırdılar
Erdoğan - Cemal Kaşıkçının qətlini Səudi Ərəbistan rəsmiləri planlaşdırdılar

Yazıçı və jurnalist Cemal Kaşıkçının qətlini Səudi Ərəbistanın rəsmi şəxsləri planlaşdırdılar, – bu barədə bəyanatı Türkiyə prezidenti iqtidar partiyasının üzvləri ilə görüş zamanı verdi.

Erdoğanın dediyinə görə, Kaşıkçı konsulluq ərazisini tərk etməyib və bütün məlumat və dəlillər onu göstətir ki, Kaşıkçı qəddar cinayətin qurbanı oldu.

“Bu cinayət Səudi Ərəbistan konsulluğunda, ancaq Türkiyə ərazisində baş verdi və məsələ ilə bağlı ittiham edilən 18 şəxs məhkəmə qarşısına Türkiyədə çıxmalıdır”, – dedi Türkiyə prezidenti.

Erdoğan təklif edir ki, bu kritik istintaqı neytral və ədalətli komitə aparsın.

“Beynəlxalq medyada Türkiyənin reputasiyasına ləkə gətirən böhtanlar bizim bu cinayəti sonuna qədər öyrənməmizə mane ola bilməyəcək. Bu cinayəti təşkil edənlər bəşəriyyətin vicdanı qarşısında cavab verməlidirlər” – dedi Türkiyə prezidenti.