Erdoğan əhaliyə müraciət edir - Dollarınızı satın
Erdoğan əhaliyə müraciət edir - Dollarınızı satın

Türkiyə prezidenti əhaliyə dollarlarını satmaları və milli valyutanın möhkəmlənməsinə yardımçı olmaları üçün müraciət edir.

“Dollar bizim yolumuzu bağlaya bilməz, narahat olmayın. Əgər kiminsə yastığının altında dollar və yaxud qızıl varsa, banklara gedib lira alsınlar. Bu artıq daxili milli mübarizəmizdir” – dedi Türkiyə prezidenti.

Xatırladaq ki, ABŞ və Türkiyə arasında gərginləşən münasibətlərin fonunda, türk lirasının dəyəri tarixi minimumuna düşdü.