Erdoğan - Bəşər Əsəd teroristdir
Erdoğan - Bəşər Əsəd teroristdir

Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan bəyan etdi ki, Suriyə prezidenti Bəşər Əsəd ilə əməkdaşlıq etmək qeyri-mümkündür.

Bu bəyanatı Erdoğan Tunisə səfər zamanı verdi.

“Suriyədə Əsəd ilə əməkdaşlıq qeyri-mümkündür. Niyə mi? çünki milyondan artıq insanı öldürən bir adamla əməkdaşlıq mümkün olmaz” – dedi Rəcəp Tayyip Erdoğan.

Nitqlə çıxış edərkən Türkiyə prezidenti Bəşər Əsədi terorist adlandırdı.