Entoni Blinken bildirir ki, Rusiya Ukrayna, Gürcüstan və Moldovanı öz orbitində saxlamağa çalışır
Entoni Blinken bildirir ki, Rusiya Ukrayna, Gürcüstan və Moldovanı öz orbitində saxlamağa çalışır

 

ABŞ dövlət katibi Entoni Blinken bildirir ki, Rusiya Ukrayna, Gürcüstan və Moldovanı öz orbitində saxlamağa çalışır. Onun sözlərinə görə, 2014-cü ildə Donbasda böhranın yaradılması, 2008-ci ildə Gürcüstana müdaxilə və Rusiya qüvvələrinin Moldovada saxlanılması bu məqsədə xidmət edirdi.

Dövlət katibinin sözlərinə görə, prezident Putinin imperiya və ya təsir dairələrini bərpa etmək cəhdi planına adları çəkilən üç ölkə daxildir.

“Ruslar Krımı işğal etdilər, Ukraynanın şərqində, Donbasda böhran yaratdılar ki, bu bölgəyə də müdaxilə etmək üçün bəhanələri olsun. Bu 2014-cü il idi və dönüş nöqtəsi idi. Bundan bir neçə il əvvəl, 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi baş vermişdi. O vaxta qədər isə Rusiya xalqının və hökumətinin iradəsinə zidd olaraq Moldovada hərbi qüvvəsini və texnikasını saxlamışdı. Bütün bunlar bu ölkələrin Rusiyanın orbitində saxlanılması cəhdinə xidmət edir – bu, prezident Putinin itirdiyinə görə təəssüfləndiyi imperiyanın mı bərpasıdır, yoxsa bu ölkələrin də daxil olduğu təsir dairələrinin mi bərpasıdır!?”- deyə Blinken bildirib.