Enquri körpüsündəki keçid məntəqəsinin bağlı olduğuna görə, milli imtahanlarda iştirak edə bilməyən abiturientlər ali məktəblərə imtahansız qəbul ediləcəklər
Enquri körpüsündəki keçid məntəqəsinin bağlı olduğuna görə, milli imtahanlarda iştirak edə bilməyən abiturientlər ali məktəblərə imtahansız qəbul ediləcəklər

Gürcüstanın Təhsil və Elm Naziri Mixeil Batiaşvilinin qərarı ilə, Enquri körpüsündəki keçid məntəqəsinin bağlı olmasına görə, milli imtahanlarda və maqistr imtahanlarında iştirak edə bilməyən abiturientlər ali məktəblərə imtahansız qəbul ediləcəklər.

Bununla yanaşı, dövlət tələbələrin təhsilini də maliyyələşdirəcək.

Xatırladaq ki, Abxaziya de-fakto iqtidarı Enquri körpüsündəki keçid məntəqəsini iyunun 27-də bağladı.

Vahid Milli İmtahanlar isə, iyulun 1-də başladı və Gürcüstanın işğal altındaki regionunda yaşayan gürcü gəncləri imtahanlarda iştirak edə bilmədilər.