Enquri körpüsündəki keçid yolu açıldı
Enquri körpüsündəki keçid yolu açıldı

İşğal altında olan Abxaziya tərəfinə gedən yol, bir illik məhdudiyyətdən sonra yenidən açıldı.

Bu barədə məlumatı Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani verdi.

Onun dediyinə görə, işğal altında olan Abxaziya əhalisi artıq Gürcüstan tərəfindən nəzarət edilən əraziyə keçə bilər.

Nazirin dediyinə görə, belə addımlar əhalinin vəziyyətinin biraz da olsa, yaxşılaşdırılması üçün atılır.

“Enquri körpüsündə, Gürcüstanın nəzarət etdiyi ərazidə müvafiq infrastruktur yaradılıb, ümumi profilli tibbi personal və nəqliyyat vasitələri var, hansılar işğal edilmiş ərazilərdən gələn vətəndaşların tez zamanda tibbi yoxlanışdan keçib, gərəkən tibbi müəssisələrə nəql edilməsini təmin edirlər” – deyir Tea Axvlediani.