Emmanuel Makronun Salome Zurabişviliyə məktubu - xanım prezident, Fransa və öz adımla sizi təbrik etmək istəyirəm
Emmanuel Makronun Salome Zurabişviliyə məktubu - xanım prezident, Fransa və öz adımla sizi təbrik etmək istəyirəm

Mandatınızı yerinə yetirərkən səmimi uğurlar arzulayıram, – bu barədə Fransa prezidenti Emmanuel Makronun Gürcüstanın seçilmiş prezidenti, Salome Zurabişviliyə göndərdiyi məktubda deyilir.

“Xanım prezident, Fransa və öz adımla sizi təbrik etmək istəyirəm. Mandatınızı yerinə yetirərkən səmimi uğurlar arzulayıram. Fürsətdən istifadə edərək, ölkələrimiz arasında əlaqələrin keyfiyyətini xüsusilə qeyd edirəm. Siz Xarici İşlər naziri vəzifəsində olarkan bu əlaqələrə imkanlar yaradırdınız. Sizi əmin etmək istəyirəm ki, Fransa Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini davam etdirməyə hazırlığını bildirir. Ümid edirəm gələcək əlaqələrin dərinləşdirilməsi üçün görüşəcəyik. Xahiş edirəm, mənim hörmətimi qəbul edəsiniz xanım prezident”, – Emmanuel Makron bəyan etdi.