Emmanuel Makron - Böyük Yeddilik liderləri Amazon meşəsindəki yanğının söndürülməsi üçün 20 milyon avro ayıracaqlar
Emmanuel Makron - Böyük Yeddilik liderləri Amazon meşəsindəki yanğının söndürülməsi üçün 20 milyon avro ayıracaqlar

Böyük Yeddilik liderləri Amazon meşəsindəki yanğının söndürülməsi üçün 20 milyon avro ayıracaqlar, – bu bəyanatı Fransa prezidenti, Emmanuel Makron Biaritsdə keçirilən zirvə toplantısında verdi.

Emmanuel Makronun dediyinə görə, Amazon bölgəsi yer kürəsinin ciyəridir və onun taleyi hamını narahat etməlidir.

Fransa liderinin bəyan etdiyinə görə, ayrılan məbləğlə xüsusi aviatexnikanın əldə edilməsi planlaşdırılır.