Elizabet Rud - Rusiyaya müraciət edirik ki, Abxaziya və Cənubi Osetiyanın tanınmasını ləğv etsin və əsgərlərini Gürcüstan ərazisindən çıxardsın
Elizabet Rud - Rusiyaya müraciət edirik ki, Abxaziya və Cənubi Osetiyanın tanınmasını ləğv etsin və əsgərlərini Gürcüstan ərazisindən çıxardsın

Rusiyaya müraciət edirik ki, 2008-ci ilin atəşkəs razılaşmasına riayət etsin, Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” ləğv etsin və əsgərlərini Gürcüstan ərazisindən çıxardsın, – bu barədə bəyanatı Gürcüstanda ABŞ səfirinin səlahiyyətlərini icra edən Elizabet Rud verdi.

Onun dediyinə görə, ABŞ-ın mövqeyi möhkəmdir və o Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

“Bu minlərlə insanı evsiz buraxan bir müharibədir və evlərindən qaçmalı olan insanlar hələdə normal həyatlarına qayıdıb, yaxınlarının qəbrlərini görə bilmirlər. Biz Gürcüstanı dəstəkləyirik və necə yerli, eləcədə, beynəlxalq partnyorlarımızla bərabər, bu münaqişənin tənzimlənməsi üzərində çalışırıq” – dedi Elizabet Rud.

Şərh yaz