Elizabet Rud - Ququtiantkari kəndində tikanlı məftillərin çəkilməsi bölgədə təhlükəsizliyə ziyan vurur və xalqı bir birindən ayırır
Elizabet Rud - Ququtiantkari kəndində tikanlı məftillərin çəkilməsi bölgədə təhlükəsizliyə ziyan vurur və xalqı bir birindən ayırır

Ququtiantkari kəndində tikanlı məftillərin çəkilməsi bölgədə təhlükəsizliyə ziyan vurur və xalqı bir birindən ayırır, – bu barədə ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini yerinə yetirən, Elizabet Rud bəyan etdi.

Elizabet Rudun qeyd etdiyinə görə, ABŞ hökuməti narahatdır ki, Rusiya tərəfindən dəstəklənən Cənubi Osetiya hakimiyyəti, Ququtiantkari kəndində tikanlı məftillərin çəkilməsi prosesini bərpa etdi.

“Bu çox mənfi inkişafdır. Bu, bölgədə təhlükəsizliyə ziyan vurur və xalqı bir birindən ayırır.

Biz bir daha Rusiyanı borderləşdirmənin dayandırılmasına və 2008-ci il atəşkəs barəsində imzalanan müqaviləyə əsasən, götürülən öhdəliklərin yetirilməsinə çağırırıq”, – Elizabet Rud bəyan etdi.