Elizabet Rud - çoxlu layihəmiz var ki, Gürcüstanın inklüziv və davamlı iqtisadi inkişafına yardım edək
Elizabet Rud - çoxlu layihəmiz var ki, Gürcüstanın inklüziv və davamlı iqtisadi inkişafına yardım edək

ABŞ-ın Gürcüstandakı səfirinin müavini, Elizabet Rud bəyan edir ki, növbəti aylarda Birləşmiş Ştarlar və Gürcüstan ikitərəfli əlaqələrin bütün istiqamətləri üzrə əməkdaşlığın dərinləşdirilməsini davam etdirəcəklər. Birinci Kanal ilə müsahibəsində onun qeyd etdiyinə görə, çoxlu layihə var ki, Gürcüstanın inklüziv və davamlı iqtisadi inkişafına yardım etsin.

“Çoxlu layihəmiz var ki, o cümlədən USAİD ilə birlikdə, Gürcüstanın inklüziv və davamlı iqtisadi inkişafına yardım edək. Artan ticari əlaqələrimiz, əhəmiyyətli layihələrimiz var.

Həmçinin, Gürcüstanın potensialının gücləndirilməsi önəmlidir. Başqa bir çox işlər görürük. Amerika şirkətləri ilə əməkdaşlıq edirik ki, buraya daha artıq sərmayələr cəlb edək”, – Elizabet Rud bəyan etdi.