Elizabet Rud - Gürcüstanın yeni təşəbbüsü sülh prossesinə pozitiv təsir edəcəkdir
Elizabet Rud - Gürcüstanın yeni təşəbbüsü sülh prossesinə pozitiv təsir edəcəkdir

ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini yerinə yetirən, Elizabet Rud bəyan edir ki, Gürcüstanın yeni təşəbbüsü – “daha yaxşı gələcək üçün addım” önəmli olacaq və sülh prossesinə pozitiv təsir edəcəkdir.

Elizabet Rudun bəyan etdiyinə görə, ABŞ Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tamamilə dəstəkləyir.

“Biz Gürcüstanın yeni təşəbbüsünü ki, öz ərazi bütövlüyünü möhkəmləndirsin, dəstəkləyirik. Biz inanırıq ki, Abxaziya və Cənubi Osetiyada yaşayanlar üçün ticarətin asanlaşdırılması və təhsil istiqaməti ilə yeni imkanları nəzərdə tutan bu təşəbbüs, əhəmiyyətli addım olacaq. Düşünürük ki, bu sülh prossesinə pozitiv təsir edəcəkdir”, – Rud bəyan etdi.

Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili aprelin 4-də, hökumətin iclasında “daha yaxşı gələcək üçün addım” yeni sülh təşəbbüsünü təqdim etdi.