Eliava bazarının ərazisində yanğın baş verib [Video]

Tbilisidə, Eliava bazarının ərazisində yanğın baş verib.

Yanğın Aqladze və Qudauta küçələrinin kəsişməsində, inşaat materiallarının saxlandığı ambarda baş verib.

Gürcüstanın Birinci Kanalının Fövqəladə Hallar Xidmətindən aldığı məlumata görə, hadisə yerində 14 yanğın söndürən ekipajı işləyir.