Elquca Xokrişvili - Almaniyada leqal işçi miqrasiyasının qaydaları ilə bağlı qanun müzakirə edilir, hansı ki Gürcüstan vətəndaşlarına da aid olacaq
Elquca Xokrişvili - Almaniyada leqal işçi miqrasiyasının qaydaları ilə bağlı qanun müzakirə edilir, hansı ki Gürcüstan vətəndaşlarına da aid olacaq

Almaniyada leqal işçi miqrasiyası qaydaları ilə bağlı qanun müzakirə edilir, hansı ki Gürcüstan vətəndaşlarına da aid olacaq, – bu barədə məlumatı jurnalistlərə Tbilisidə “Səfirlər konfransında” iştirak edən Gürcüstanın Almaniyadaki səfiri Elquca Xokrişvili verdi.

“Almaniya Bundestaqı bugün miqrasiya qanunu müzakirə edir, hansı ki, hazırda mövcud olan miqrasiya prosedurlarını və həmçinin leqal işçi miqrasiya qaydalarını tənzimləyəcək” – dedi Xokrişvili.

Onun dediyinə görə, Almaniya iqtisadiyyatının inkişafı üçün ölkəyə təqribən 400 min işci qüvvə lazımdır və bundan irəli gələrək, Almaniyaya yüksək kvalifikasiyalı kadrlar yığır.