Elene Xoştaria - Daxili İşlər Nazirisiniz və maymunluq edirsiniz [Video]

“Sizin suallarınızdan nə mən, nə də mənim dəstəm heç vaxt qorxmamışıq, çünki logikanız və düşüncəniz olduqca zəyifdir, – bu sözlərlə Daxili İşlər Naziri Giorqi Qaxaria parlamentdə müxalifət nümayəndələrinin replikalarına cavab verdi.

Qanunverici orqanda deputatların suallarına cavab verən Daxili İşlər Nazirinin Zaza Saralidze və Xorava küçəsində baş verən cinayətlə bağlı verdiyi cavabına müxalifət nümayəndələri replikalar atırdılar.

“Mən sizə əsası olan söhbət təklif edirəm, bu psevdo-intelektual məqsədsiz  və mənasız debatlarla haraya qədər gedəcəksiniz? Sizin Xorava küçəsində baş verən cinayətlə bağlı yaradılan komisiya çərçivəsində apardığınız fəaliyyət tamamilə müvəffəqiyyətsiz oldu” – dedi Giorgi Qaxaria.

Daxili İşlər Nazirinin bu bəyanatına deputat Elene Xoştaria replikalar atırdı.

“Siz nə etdiniz? Saralidzenin qatili hardadır? Nə etməyi düşünürsünüz? Danışdığınızdan bir məna çıxarda bilmədim. Daxili İşlər Nazirisiniz və maymunluq edirsiniz” – dedi Elene Xoştaria.