Eke Beseliya - Qedevan Popxadzenin getməsinə tələsənlər, düşünürəm gözləməli olacaqlar
Eke Beseliya - Qedevan Popxadzenin getməsinə tələsənlər, düşünürəm gözləməli olacaqlar

Qedevan Popxadze çoxluqdan getməyib və bu prossesə heçkim tələsməməlidir, – Bu barədə Eka Beseliya bəyan etdi.

Eka Beseliyanın dediyinə görə, çoxluqda görüş vacibdir və bu görüşü Qedevan Popxadze də gözləyir.

“Düşünürəm bu cür məsələlər barəsində açıq disskusiyalar yaxşı deyil. Çoxluq arasında görüş lazımdır. Bilirəm ki, bu görüşü Qedevan Popxadze də gözləyir. O, heç bir rəsmi prossedurlara başlamayıb və nə də ərizə yazmayıb. O, dedi ki, bəzi məsələlər aydınlaşdırılmalıdır və bu çoxluq formatında olmalıdır. Qedevan Popxadzenin getməsinə tələsənlər, düşünürəm gözləməli olacaqlar”, – Eka Beseliya bəyan etdi.

Parlamentin sədri, İrakli Kobaxidze deputat Qedevan Popxadzenin çoxluğu tərk etməsi məsələsini şərh edərkən bəyan etdi ki, Qedi Popxadze komanda üzvlərini ağır təhqir etdi və bunu dini mövzu ilə spekulasiya fonunda etdi.

Deputat Qedevan Popxadze aprelin 4-də bəyan etdi ki, parlament çoxluğunu tərk edir.

Qedevan Popxadzenin açıqladığına görə, onun qərarı İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq hakim komanda üzvləri tərəfindən Ninia Kakabadzenin namizədliyinin dəstəklənməsi ilə əlaqədardır.