Ekaterine Tikaradze səhiyyə məsələləri üzrə BMT-nin baş katibinin məsləhətşisi, Giorgi Pxakadze ilə onlayn görüş keçirdi
Ekaterine Tikaradze səhiyyə məsələləri üzrə BMT-nin baş katibinin məsləhətşisi, Giorgi Pxakadze ilə onlayn görüş keçirdi

Gürcüstanın Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri, Ekaterine Tikaradze səhiyyə məsələləri üzrə BMT-nin baş katibinin məsləhətşisi, Giorgi Pxakadze ilə onlayn görüş keçirdi.

Gürcüstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər mövcud çağırışların həlli yolları barəsində birgə müzakirə apardılar; bölgədə yaranmış epidemioloji durumu və tibbi müəssisələrdə mövcud vəziyyəti dəyərləndirdilər. Söhbət ölkədə reanimasiya çarpayılarının səfərbərliyinə aid oldu. Giorgi Pxakadze tərəfindən dəyərləndirmələr və müvafiq rekomendasiyalar verildi.

“Səhiyyə naziri ilə çox maraqlı görüş keçirildi. Ekaterine Tikaradze ilə beynəlxalq təcrübəmlə paylaşdım. Söhbət reanimasiya çarpayılarının səfərbərliyinə aid oldu. Düşünürəm bu çox əhəmiyyətlidir”, – Giorgi Pxakadze bəyan etdi.