Ekaterine Tikaradze - ictimai nəqliyyatın işləməsi barəsində hələlik müsbət qərar qəbul etməmişik
Ekaterine Tikaradze - ictimai nəqliyyatın işləməsi barəsində hələlik müsbət qərar qəbul etməmişik

Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, ictimai nəqliyyatın işləməsi barəsində koordinasiya şurası müsbət qərar qəbul etməyib.

Tikaradzenin dediyinə görə, konkret olaraq ictimai nəqliyyat istiqaməti ilə müəyyən qaydaların tədbiq edilməsi ilə bağlı işlər aparılır, həmçinin infeksiyanın yayılması əmsalını müşahidə edirlər.

Bununla yanaşı Tikaradze qeyd etdi ki, nəqliyyat ilə bağlı, bu gün şura qərar qəbul etdi ki, vətəndaşlar öz avtomobilləri ilə, üçdən artıq sənişinlə hərəkət edə bilərlər, taksi sürücüləri üçün isə, bu məhdudiyyət qüvvədə qalır.

“Koordinasiya şurası görüşündə qərar qəbul etdik ki, sabahdan müəyyən tənzimləmələr aradan qaldırılacaq. Bu ilk növbədə fövqəladə vəziyyətə, eləcə də komendant saatına aid olacaq. Nəqliyyatın işə başlamasına gəldikdə, ictimai nəqliyyatın işləməsi barəsində hələlik müsbət qərar qəbul etməmişik, çünki statistik göstəricilər və epid-durum önəmlidir. Bu günki günü, infeksiyanın yayılmasının əmsalı 1.36-dır. Bu isə, bizə əsas verir ki, hökumətə müəyyən məhdudiyyətlərin aradan qaldırılması barəsində zəmanət verək.

Bu gün şura qərar qəbul etdi ki, vətəndaşlar öz avtomobilləri ilə, üçdən artıq sənişinlə hərəkət edə bilərlər, taksi sürücüləri üçün isə, bu məhdudiyyət qüvvədə qalır. Konkret olaraq ictimai nəqliyyat istiqaməti ilə müəyyən qaydaların tədbiq edilməsi ilə bağlı işlər aparırıq, həmçinin infeksiyanın yayılması əmsalını müşahidə edirik. Bundan sonra artıq əlavə qərarlar qəbul edəcəyik”, – Tikaradze bəyan etdi.

Şərh yaz