Ekaterine Tikaradze - Gürcüstan tənəffüs aparatı defisiti qeydə alınmır
Ekaterine Tikaradze - Gürcüstan tənəffüs aparatı defisiti qeydə alınmır

Ölkədə tənəffüs aparatı defisiti qeydə alınmır, – bu barədə Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradze jurnalistlərə bəyan etdi.

Nazirin dediyinə görə, ölkədə koronavirusa yoluxanları sayı o qədər deyil ki, aparat ilə bağlı problem yaransın.

“Tənəffüs aparatı ilə bağlı ölkədə defisit qeydə alınmır. Bu xəstəliyin yayılmasının başlanğıcında da qeydə alınmırdı. Buna baxmayaraq, beynəlxalaq standartla müvafiq olaraq ən yeni və müasir aparatura əldə etdik. Bunlar Batumi Respublika Xəstəxanasına, həmçinin Tbilisi və başqa şəhərlərin xəstəxanalarına yerləşdirlib. Qeyd olunasıdır ki, ölkədə koronavirusa yoluxanları sayı o qədər deyil ki, aparat ilə bağlı problem yaransın”, – Tikaradze bəyan etdi.