Ekaterine Tikaradze Dünya Bankının bölgə direktoru, Sebastian Molineus ilə görüşdü
Ekaterine Tikaradze Dünya Bankının bölgə direktoru, Sebastian Molineus ilə görüşdü

Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradze Dünya Bankının bölgə direktoru, Sebastian Molineus ilə görüşdü.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə etdilər. Söhbət Dünya Bankının koronavirus üzrə təxirə salınmaz münasibət layihəsi çərçivəsində həyata keçirilmiş və planlaşdırlmış aktivliyə aid oldu. Tərəflər koronavirusun idarəsinə qoşulmuş tibb sahəsi nümayəndələrinin maaşlarının artırılması məsələsini xüsusilə qeyd etdilər.

“Dünya Bankının dəstəyi ilə Gürcüstanda həyata keçirilən layihələr barəsində söhbət etdik. Bu, Dünya Bankının koronavirus üzrə təxirə salınmaz münasibət layihəsi çərçivəsində həyata keçirilmiş və planlaşdırlmış aktivliyə aiddir. Gələcək planları da müzakirə etdik. O cümlədən həkimlərin maaşlarının artırılması barəsində”, – Səhiyyə naziri bəyan etdi.

Bundan başqa, Dünya Bankının bölgə direktoru Səhiyyə nazirinə, Cənubi Qafqazda səhiyyə, təhsil və sosial sahəsi proqramlarının rəhbəri, Levent Yuneri təqdim etdi.