Ekaterine Tikaradze bölgələrdə tibb personalı ilə görüşəcək
Ekaterine Tikaradze bölgələrdə tibb personalı ilə görüşəcək

Ekaterine Tikaradze bölgələrdə tibb personalı ilə görüşəcək, – bu barədə HGürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradze vaksinasiya şurası iclasından sonra jurnalistlərə bəyan etdi.

Ekaterine suala cavab verdi ki, vaksinasiya ilə bağlı tibb personalının aktivliyi aşağıdır, xüsusilə də bölgələrdə, o cümlədən Saçxere Klinikasında. Tikaradze bəyan etdi ki, həmkarları ilə görüşlərə sabahdan intensiv şəkildə başlayacaq.

“Bu məlumatı, sözsüz ki, Xəstəliklərə Nəzarət Milli Mərkəzindən biz də almışıq. Şəxsən mən bölgələrdə tibb personalı ilə söhbətləşməni planlaşdırıram. Həmkarlarımla görüşlərə sabahdan intensiv şəkildə başlayacam. Saçxere Klinikasının adlandırılmasına görə, birinci buranı və İmereti bölgəsini ziyarət edəcəm”, – Ekaterine Tikaradze bəyan etdi.