Ekaterine Tikaradze - Acarıstanda koronavirusla infeksiya saylarının azalması müşahidə olunur, ancaq bu rahatlaşmaq üçün əsas deyil
Ekaterine Tikaradze - Acarıstanda koronavirusla infeksiya saylarının azalması müşahidə olunur, ancaq bu rahatlaşmaq üçün əsas deyil

Acarıstanda koronavirusla infeksiya saylarının azalması müşahidə olunur, ancaq bu rahatlaşmaq üçün əsas deyil, –bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze Batumidə keçirdiyi brifinqdə verdi.

“Epidemioloqlara infeksiyanın yoluxma tempinin nəzarət altında olub-olmadığını öyrənmələri üçün ən az 7 günlük müddət lazımdır.  Hazırda Acarıstanda 126 infeksiyalı var, hələlik vəziyyət nəzarət altındadır və xəstənin kontaktarı tapılıb.

Covid-infeksiya prosesinin idarəsinə qoşulan bütün klinika nümayəndələrinə təşəkkür etmək istəyirəm. Hazırda Batumidə 500 nəfərin müalicəsi üçün imkan var və 150 yer artıq dolub.

Qeyd edilməlidir ki, pasiyentlərdə infeksiya yüngül formada keçir və müalicədən sonra, onlar mehmanxanaya yerləşdirilirlər” – dedi Ekaterine Tikaradze.