Eka Beseliya - İrakli Kobaxidzenin riyaziyyatı və bəyanatları etibarlı deyil
Eka Beseliya - İrakli Kobaxidzenin riyaziyyatı və bəyanatları etibarlı deyil

İrakli Kobaxidzenin riyaziyyatına etibar etməyin, çünki çox istedadsız riyaziyyat ilə fərqlənir, – bu barədə müstəqil deputat, Eke Beseliya jurnalistlər ilə söhbəti zamanı bəyan etdi.

Eka Beseliya Parlament çoxluğunun üzvü, İrakli Kobaxidzenin bəyanatına əks səda verdi. Kobaxidze bəyan etdi ki, hakim partiyanın Parlament seçkilərində səsələrin 60 faizindən də artıq qazanması mümkündür.

“Proporsional siyahı ilə 60 faizi 2016-cı ildə də toplaya bilmədik. Bu cür bəyanat “Gürcü Arzusu” və xəyallar əsirliyində olmaq deməkdir, yoxsa bunun reallıq ilə heç bir işi yoxdur. Məsləhət görürəm, İrakli Kobaxidzenin riyaziyyatına etibar etməyin. Çünki o, çox istedadsız riyaziyyat ilə fərqlənir. Onun rəqəmləri heç bir zaman özünü doğrultmayıb. Mənim çoxluqda olduğum zamanlar da. Birini deyirdi və rəsmi göstəricilərdə başqası yazılırdı. Onun riyaziyyatı, onun bəyanatı kimi etibarlı deyil”, – Eka Beseliya bəyan etdi.