Dünyada koronavirusa yoluxanların sayı səkkiz milyon 790 mini aşdı
Dünyada koronavirusa yoluxanların sayı səkkiz milyon 790 mini aşdı

Dünyada koronavirusa yoluxanların sayı 8 milyon 790 mini aşdı. Məlumatı Con Hopkins adına Universitet yayır. 4 milyon 300 mindən artıq insan artıq sağaldı.

Qlobal pandemiya nəticəsində 464 min insan vəfat etdi.

Ən ağır durum yenə də Braziliyadadır. Burada virusun yayılması tempi azalmayıb. Son göstəricilərlə ölkədə virus milyondan artıq insanda təsdiq olunub, vəfat edənlərin sayı 50 minə yaxınlaşır.

Halbuki virusa yoluxma və vəfat edənlərin sayı ilə birinci yerdə yenə də ABŞ-dır. Burada vəfat edənlərin sayı 120 minə yaxınlaşır.