Dünyada koronavirusa yoluxanların sayı 44 milyonu aşdı
Dünyada koronavirusa yoluxanların sayı 44 milyonu aşdı

Con Hopkins Universitetinin göstəriciləri ilə, pandemiyanın başlamasından bu günə qədər, dünyada koronavirusa 44 059 551 insan yoluxub.

Koronavirusun ən çox halı ABŞ-da qeydə alınıb, bundan sonra Hindistan, Braziliya, Rusiya və Türkiyə gəlir. Bu ölkələrda virusa yoluxma halları milyondan artıqdır.

Ölüm hallarına gəldikdə, dünyada virus nəticəsində cəmi 1 168 107 insan vəfat edib.

Ən ağır vəziyyət Amerikada, Braziliyada, Hindistanda və Meksikadadır.

Pandemiyanın başlamasından bu günə qədər, dünyada koronavirusdan müalicə olunaraq 29 832 060 insan sağalıb.