Dünya Çempionatından ilk qızıl - Çxvimiani Lutfilayevi məğlubiyyətə uğratdı

Yaponiya paytaxtı Tokiyoda bu gün başlayan Dünya Çempiontında, 60 kq. çəki kateqoriyasında, gürcü Luxum Çxvimiani mükəmməl yarışdı və qızıl medal əldə etdi.

Final görüşündə Çxvimianinin rəqibi özbək Şarafudin Lutfilayev idi. O, yarışa fəal başladı. Yarışın başa çatmasına qədər bir dəqiqə əvvəl Luxuminin iki xəbərdarlığı var idi.

Gürcünün səhvə yol verməyə hüququ yox idi, çünki üçüncü xəbərdarlıq aldığı təqdirdə yarışı tərk etməli olcaqdı. Luxum yarışın başa çatmasına qədər 17 saniyə əvvəl ipon əldə edərək dünya çempionu oldu.