Dünya Bankının vitse-prezidenti, Ana Bierd Gürcüstana ilk rəsmi səfərini edəcək
Dünya Bankının vitse-prezidenti, Ana Bierd Gürcüstana ilk rəsmi səfərini edəcək

Dünya Bankının Avropa və Mərkəzi Asiyada vitse-prezidenti, Ana Bierd Gürcüstana ilk rəsmi səfəri ilə 17 iyunda gələcək.

Dünya Bankının məlumatına görə, ikigünlük səfər ərzində, Ana Bierd Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, Gürcüstan hökumətinin başqa üzvləri, o cümlədən Maliyyə naziri Laşa Xutsişvili, İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava və Səhiyyə naziri Ekaterine Tikaradze ilə görüşəcək.

Elə onların məlumatına görə, Dünya Bankının vitse-prezidenti Gürcüstanın mülki ictimaiyyəti, akademik dairələr və özəl bölmənin nümayəndələri ilə görüşlər keçirəcək. Eləcə də beynəlxalq maliyyə institutlarındanvə inkişaf istiqaməti ilə fəaliyyət göstərən beynəlxalq təşkilatlardan partnyorlarla görüşəcək.

Ana Bierd həmçinin gürcüstan İnnovasiya və Texnologiya Agentliyinin texnoparkını ziyarət edəcək və “GENIE” layihəsi benefisiyarları ilə görüşəcək. İsveç vətəndaşı Ana Bierd Dünya Bankının vitse-prezidenti vəzifəsini 2020-ci il 1 mayda tutdu. Bu vəzifədə Avropa və Mərkəzi Asiya böılgəsində strateji, analitik, əməliyyat və maarifləndirmə fəaliyyətinə rəhbərlik edir.